Dneprdə azərbaycanlı güllələndi

Ukraynanın Dnepr şəhərində azərbaycanlı güllələnib.

Axar.az xəbər verir ki, hadisə “Artist” restoranının yaxınlığında baş verib.

Belə ki, azyaşlı övladı ilə birlikdə avtomobildə Anar Məmmədov adlı şəxs naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

Hücum anında Məmmədov maşından çıxaraq qaçmağa başlayıb və relslərin üzərinə yıxılıb. Bu zaman qatil daha bir neçə dəfə atəş açıb.