Koronavirus faciə yaşatdı: ana da öldü, bətnindəki körpə də...

Türkiyənin İstanbul şəhərində koronavirus səbəbindən növbəti faciə yaşanıb. Bu barədə “Sherg.az” “Posta”ya istinadən xəbər verir. Bildirilir ki, 7 aylıq hamilə Bilge Karabulut 15 gündür müalicə oldunduğu xəstəxanada COVİD-19-a məğlub olub.
Əvvəlcə qadının bətnindəki uşaq ölüb. Bir saat sonra həkimlərin bütün səylərinə rəğmən, ana dünyasını dəyişib. O, tələbələri arasında çox sevilən ingilis dili müəllimi idi.