Fatimə Aslanın məzarı başında GÖZ YAŞI TÖKDÜ:” Axı niyə...” - VİDEO

Tanınmış rəqqasə Fatimə Fətəliyeva dünən avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun məzarını ziyarət edib.
“Sherg.az” xəbər verir ki, onun yanında meyxanaçı Samirə Yusifqızı da olub.

Fatimə mərhumun məzarından videosunu paylaşaraq bu sözləri yazıb:

“Aslan, axı niyə qəbiri özünə belə tez  ev seçdin? Yoxluğun bizi məhv etdi.

Gülərüz Aslanımız, son mənzilə tələsməməli idin. Yerin behişt olsun. Anan səni çox sevirdi. Tezliklə qovuşdunuz”.

Qeyd edək ki, Aslan Hüseynov ötən gün Qaradağ ərazisində avtomobil qəzasında vəfat edib. 55 yaşlı müğənni xəstəxanaya çatdırılana qədər canını tapşırıb.