Polis 10 yaşlı uşağı tutub-SƏBƏB?

İsrail polisi işğal altındakı Qüdsün şimalında yerləşən “Beyt Hanina” qəsəbəsində 10 yaşlı fələstinli uşağı nəzarətə götürüb. Hadisə ilə bağlı foto yayılıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, fotoda 10 yaşlı oğlan tutularkən azyaşlı bacıların ağlayaraq polisdən qardaşlarının sərbəst buraxılmasını xahiş etdiyi görünür.
Şahidlər İsrail polisinin uşağı bir müddət polis maşınında saxladıqdan sonra sərbəst buraxdıqlarını söyləyirlər. Fələstinli uşağın niyə tutulduğu barədə məlumat verilməyin.
İşğal altındakı Qərbi və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən İsrail polis qüvvələri fələstinliləri müxtəlif iddialarla həbs edirlər. Qadınlar və uşaqlar da daxil olmaqla bəzi fələstinlilər üçün tutulmaqları adi hala çevrilib.