Gəncədə kişi keçmiş həyat yoldaşını qətlə yetirib - VİDEO

Gəncədə qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qeydə alınıb. Həmin ünvanda 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən Amanov Qafar Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.