İki bacını bıçaqladı: saxlanıldı - YENİLƏNİB

Şəmkirdə iki bacını bıçaqlayan şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatıma görə, hadisəni törədən şəxs bacılardan birinin – 1987-ci il təvəllüdlü Tağıyeva Şəlalənin keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Gürzal Alıyevdir.
O, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

***

20:26

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nıın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.