Mingəçevirdə sahibsiz itləri güllələyən şəxs saxlanıldı

Mingəçevirdə küçədə sahibsiz itlər güllələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 26-da şəhər ərazisində ov tüfəngi ilə sahibsiz itləri vurulması faktı ilə əlaqədar A.Şükürov müəyyən edilərək saxlanılıb.
Ondan müvafiq sənədləri olan İJ-18 markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.