Salyan sakini intihara cəhd edib

Salyan sakini özünə bıçaqla xəsarət yetirib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyev Şamil Heydər oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun xəsarətləri çox olduğundan yaralı cərrahiyyə şöbəsinə qaldırılıb.

Ş.Mehdiyevin sözlərinə görə, o özü bıçaqla özünə xəsarət yetirib.