İdman forması geyindiyinə görə hücuma məruz qaldı

Diyarbəkirda gənc qadına hücum edilib. Bu barədə “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir.
Bildirilir ki, 21 yaşlı Kübra E. marketdən çörək alıb evə qayıdarkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Nəticədə qızın iki dişi sınıb, sağ biləyi çıxıb. Hücuma məruz qalan Kübra E. idman formasında olduğuna görə belə bir hadisənin yaşandığını iddia edib.