Polislər dəhşətə gəldilər: "Pişiklər qadın cəsədini..."

 İspaniyanın paytaxtı Madriddə dəhşətli hadisə yaşanıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, tək yaşadığı evində ölən 79 yaşlı qadının cəsədi pişiklər tərəfindən yeyilib.
Polis evdəki pişiklərdən beşinin öldüyünü, yalnız iki pişiyin sağ olduğunu söyləyib. Daha sonra isə sağ qalan pişiklər heyvan baxım mərkəzinə aparılıb.
Əslən kolumbiyalı olan və 1996-cı ildən bəri eyni mənzildə yaşayan Klara İnes Tabo adlı qadının koronavirus səbəbiylə öldüyü ehtimal edilir.