Yanaraq ölən ana və iki övladının görüntüləri - YENİLƏNİB + FOTO

Sabirabaddakı dəhşətli yanğında ölən ana və iki övladının görüntüləri yayılıb. 

Fotolar Baku TV tərəfindən paylaşılıb.

****

09:15

Sabirabad rayonunda ana və iki övladı evdə yanaraq ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Zəngənə kəndində baş verib.

Fərdi yaşayış evində baş verən yanğın zamanı 1994-cü il təvəllüdlü Şəbnəm Nağıyeva - oğlanları 2009-cu il təvəllüdlü Xəyal Nağıyev və 2010-cu il təvəllüdlü Ceyhun Nağıyev yanaraq ölüblər.

Faktla bağlı araşdırma aparılır.