Deputat barəsində cinayət işi başlandı

Rusiyada Novosibirsk Şəhər Şurasının deputatı Rostislav Antonov 19 yaşlı azərbaycanlı Vəkil Abdullaevin öldürülməsi ilə bağlı paylaşımından sonra polis idarəsinə çağırılıb.

Bu barədə Taiga.info xəbər yayır.

Antonov “Facebook” hesabında məsələyə münasibət bildirərək yazıb ki, hadisədən sonra toplanan şəxslərin hərəkətlərində ekstremizm və polis məmurlarına itaətsizlik əlamətləri ola bilər.

Polis idarəsində dörd saat dindirilən rusiyalı deputat yalan məlumat yaymaqda günahlandırılıb. Polis onun sosial şəbəkədə yaydığı məlumatı doğru hesab etməyib.

R.Antonov barəsində “Media azadlığından sui-istifadə” maddəsi ilə cinayət işi başladılıb.

Xatırladaq ki, Novosibirskdə 19 yaşlı azərbaycanlı Vəkil Abdullaev polisin açdığı atəş nəticəsində həyatını itirib.