Taksiyə baxış keçirildi  və sərnişin qəfil qaçdı

İstanbulda polisin keçirdiyi reydlər zamanı taksidəki sərnişin qəfil qapını açaraq qaçmağa başlayıb. Bu barədə “Sherg.az” “Posta” ya istinadən xəbər verir. Bildirilir ki, qaçan sərnişin tutulub. Taksiyə baxış zamanı isə içində beş kilo narkotik maddə olan paket tapılıb.