ŞOK!-  Gəlin toyda infarkt keçirib

Hindistan nə olursa olsun, toyların ləğv edilməməsi ilə tez-tez gündəmə gələn bir ölkədir. Keçən həftələrdə bəyin toydan qaçmasından sonra gəlin qonaqlardan biri ilə evlənmişdi. Bu dəfə isə gəlin öz toyunda infarkt keçirib.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, gəlin öldükdən sonra bəy gəlinin bacısı ilə evlənib. Hadisə Uttar Pradeş əyalətində baş verib.
Gəlin yaşadığı stress səbəbindən toyda infarkt keçirib. Hadisə yerinə həkimlər gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Amma cənazəyə çevrilən toy ləğv edilmədi. Ailələr arasında qısa bir müzakirədən sonra bəy gəlinin bacısı ilə evlənib. Gəlinin əmisi “Bu, çətin bir qərar idi” söyləyib.
Bədbəxt gəlinin cəsədi isə toy bitənə qədər bir otaqda saxlanılıb. Öz toyunda vəfat edən gəlinin daha sonra bir mərasimlə yandırıldığı açıqlandı.