11 yaşlı uşaq zibil qabında YATDI və ÖLDÜ 

Avstraliyada bir uşaq zibil qabında yatarkən ölüb.
"Sherg.az" "Ntv.com"a istinadən bildirir ki, zibil qabında 3 uşaq olub.
Lakin yatan 11, 12 və 13 yaşlı üç uşaqdan biri zibil qabı boşaldılarkən həyatını itirib. Digər iki uşaq isə sağdır.
Polis müfəttişi Paul Bahr mətbuata açıqlamasında sağ çıxan uşaqların travma aldığını və hadisənin təfərrüatlarını öyrənmək üçün vaxta ehtiyacınız olduğunu söylədi. Uşaqların niyə zibillikdə yatdığının araşdırılacağını qeyd edən Bahr uşaqların evsiz olmadığını iddia edir.