Atadan azyaşlı oğluna amansız işgəncə: İnanılmaz cəza - FOTO

Misirdə 34 yaşlı kişinin azyaşlı oğluna verdiyi cəza hər kəsi şoka salıb. Atanın 7 yaşlı oğlunu oğurluq səbəbi ilə taxtaya bağladığı və üzərinə bal tökdüyü iddia edilir. 
"Sherg.az" "Haberler.com"a istinadən xəbər verir ki, arılar uşağın bədəninin müxtəlif yerlərini sancıb.
Zalım atanın oğlunu taxta bağladıqdan sonra dama apardığı və günlərlə orada saxladığı bildirilir. Hadisə uşağın anasının yayımladığı foto ilə ortaya çıxdı. Sosial mediada oğlunun əziyyət çəkdiyi şəklini paylaşan ana misirli xeyirxahlardan kömək istədi.
Ananın paylaşdığı fotonu görən xeyirxah şəxslər dərhal hərəkətə keçərək talehsiz uşağı xilas ediblər.  
Hadisədən sonra hərəkətə keçən polis qrupu geniş əks-səda doğuran zalım atanı tutaraq  göndəriblər.