Kamilə Nəbiyeva atasından yazdı:“...Niyə belə etdin?”

Tanınmış xanəndə Tahir Nəbiyev ötən gün dünyasını dəyişib. Xatırladaq ki, sənətçi xanəndə Kamilə Nəbiyevanın atasıdır.
“Sherg.az”ın məlumatına görə, K.Nəbiyeva İnstaqram profilində atasının vəfatından yazıb:
“Nur üzlüm, arxam-dayağım, yaşamaq eşqim, niyə belə etdin? Axı nə üçün, ata, sənə qurban olum. Sənətkar atam, gözəl qəlblim, ürəyimi yandırdın. Gedişin çox tez oldu. Allah sənə qəni-qəni rəhmət eləsin. Fani dünya, zalım dünya, dağıl!”