Əlcəzairdə yol qəzasında 18 nəfər ölüb

Əlcəzairin şimal-qərbində avtobusla yük maşınının toqquşması nəticəsində azı 18 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “en-Nahar” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, avtoqəza Naama əyalətinin Əl-Biyod bələdiyyəsində baş verib, qəzada 18 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.