Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi

Ədliyyə Nazirliyinin əməkdaşı koronavirusdan vəfat edib. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, nazirliyin kargüzarlıq işləri üzrə əməkdaşı Arzu Qurbanova bir müddət əvvəl koronavirusa yoluxub.

Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.