Həftəsonu qəzalar:10 ölən, 3 yaralı... 

Şənbə-bazar günlərində ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı açıqlanıb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 11-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Bazar günü - sentyabrın 12-də isə respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.