Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Tokaido bölgəsinin cənub sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
“Haber Global” bu barədə Yaponiya Meteorologiya Agentliyinə istinadla məlumat yayıb.
Yerli vaxtla 07:46-da baş verən zəlzələ yerin 450 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar Tokio və ətrafında olan Saitama, Kanaqava və Çiba əyalətlərində də hiss edilib.