Azərbaycanda axtarışda olan şəxs koronavirusdan öldü

Azərbaycanda dələduzluğa görə axtarışda olan şəxs xəstəlikdən ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) axtarışda olan 71 yaşlı Həsən Vəliyev koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, H.Vəliyev bundan əvvəl də dələduzluq etdiyi üçün həbsdə olub.