Nənə, qızı və nəvəsi qarpızdan zəhərləndi: Cinayət işi açıldı

Rusiyada 62 yaşlı nənə, 38 yaşlı qızı və 15 yaşlı nəvəsi qarpızdan zəhərləniblər. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, hadisənin ardınca Regional Dezinfeksiya Mərkəzi şirkətinin 39 yaşlı işçisi Anton Kotov məhkəməyə verilib. Onun haqqında qanunvericiliyin müvafiq maddəsi ilə cinayət işi açılıb. Kotovu 10 ilədək həbs cəzası gözləyir. 
Regional Dezinfeksiya Mərkəzinin baş direktoru Dmitri Kutyev Kotovun təlimatlara uyğun hərəkət etdiyini bildirib. Onun sözlərinə görə, həşərat əleyhinə dərmanla bu qədər zəhərlənmək mümkün deyil. 
Faktla bağlı araşdırma aparılır.