Davosda keçiriləcək Dünya İqtisadi Forumunun tarixi məlum olub

Dünya İqtisadi Forumunun (WEF) illik toplantısı gələn il 17-21 yanvar tarixlərində Davosda keçiriləcək.
"Report" bu barədə TASS-a istinadən xəbər verir.
"Dünya İqtisadi Forumu liderləri 2022-ci ildə İsveçrənin Davos şəhərində keçiriləcək illik toplantıda bir araya gətirməyi planlaşdırır. İllik toplantı 17-21 yanvar tarixlərində baş tutacaq", - təşkilatın bəyanatında deyilir.