İstədiyi mahnı oxunmadığına görə dava çıxardı, məhkəməyə düşdü

Dənizlidə əylənmək üçün getdiyi kazinoda istədiyi mahnının oxunmamasını görən müştəri dava çıxardı. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, 43 yaşlı Nuri G.bir müddət spirtli içki qəbul etdikdən sonra musiqiçilərə mahnı sifariş verib. Onlar mahnını oxumaqdan imtina ediblər. Bunun ardınca müştəri hesabın çox olduğunu əsas gətirərək işçilərin üstünə hücum çəkib. Mühafizə işçiləri onu zorla çölə çıxardıqdan sonra sərxoş kişi tapanca obyektə və obyekt sahibinə altı dəfə atəş aşıb. Obyekt sahibinə bir şey olmayıb.

Hüquq mühafizə orqanları Nuri G-ni saxlayıblar. Məhkəmə qarşısına çıxan kişi media nümayəndələrinin “Niyə atəş açdınız?” sualına “Gedin o tərəfə, çəkəcək başqa şey tapmamısınız?” deyə cavab verib.

Kənan