Azərbaycanda sabiq məmur koronavirusdan öldü

“Sumqayıt Nəqliyyat” MMC-nin sabiq direktoru Xannı Rüstəmov koronavirusdan vəfat edib. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl koronavirusa yoluxan X. Rüstəmov ağır vəziyyətdə Sumqayıt şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Həkimlərin apardığı müalicələrə baxmayaraq, 58 yaşlı X. Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. 
O, Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.