Azərbaycanda uşaq əlini yuyarkən su kanalında batıb


Şəmkir rayonunda uşaq əlini yuyarkən su kanalına düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.