Koronavirus xəstəsi dördəm dünyaya gətirdi

32 yaşlı qadın ehtiyaclarını qarşılamaq üçün yardım gözləyir

Mərsinin Anamur bölgəsində yaşayan 32 yaşlı Ayşə Kılıc özünü büruzə verən əlamətlərdən şübhələnərək həyat yoldaşı İbrahim Kılıcla xəstəxanaya gedib. Həm hamiləlik, həm də COVİD-19 testi verib. Kılıc ailəsi aldıqları xəbərə bir tərəfdən  sevinib, bir tərəfdən də narahat olublar. Ayşə Kılıcın test analizlərinin cavabı hamilələrin təsdiqi ilə yanaşı, eyni zamanda COVİD-19-a qarşı da pozitib çıxıb.
Ayşə Kılıc narahat olmasına rəğmən həkimlərin təyin etdiyi müalicə ilə koronavirusdan sağalıb. Ardınca isə daha bir xoş xəbər olub. Müayinədən keçərkən Ayşənin dördəmlərə hamilə olduğu müəyyənləşib. Ayşə Kılıc Antalyada qadın xəstəlikləri və doğum üzrə mütəxəssis professor Səlahəddin Qumru tərəfindən nəzarət altına alınıb. Hamiləliyin 32-ci həftəsində 1 kiloqram 400 – 1 kiloqram 600 qram çəkilərlə dörd qız övladı dünyaya gəlib. Körpələrə Almina Nida, Aynura Nisan, Alya Eda, Arya Ela adları verilib. Ayşə Kılıc “4 körpəyə qulluq etməkdə çətinlik çəkirəm. Çox yorucu olsa da, xoşbəxtəm. Gecələr heç yatmıram. Daim uşaq bezi, uşaq qidası almaq məcburiyyətindəyik”, deyərək körpələrin ehtiyaclarını qarşılamaq  üçün yardım gözlədiklərini dilə gətirib. 
Məlahət