Doğum günü ziyafəti qana bələndi: hədiyyə paketi...

Meksika mətbuatında yayılan xəbərə görə, “Guanajuato” əyalətinin Salamanca şəhərində restoranda ad günü ziyafəti təşkil edən iş adamına bomba tələsi olan hədiyyə paketi göndərilib.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, paket açıldıqdan sonra bomba partlayıb və nəticədə 2 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Səlahiyyətlilər hədiyyə qutusuna yerləşdirilən partlayıcının motosikletlə gələn 2 nəfər tərəfindən ad günü sahibinə təhvil verildiyini bildirib. Partlayışda həyatını itirənlərdən birinin tədbirin keçirildiyi məkanın sahibi olduğu bildirilir.

Yeganə Bayramova