Günahkar olduğu halda sərbəst qalan şəxs NATO səlahiyyətlisi imiş

Ötən il iyulun birində Muğlada Bodrum vilayətində piyada keçidində 19 yaşlı Ezgi Aydındağı vuran maşının sürücüsü hələ də sərbəstdir. Bu barədə “Sherg.az” “Haber Global”a istinadən xəbər verir. Bildirilir ki, hadisə nəticəsində iflic olan qızın müalicəsi davam edir. Qızı vuran maşının sürücüsü isə ABŞ vətəndaşı Reginald Thevendir. Onun NATO-da vəzifə sahibi olduğu bildirilir.
 Qızın anası Çiğdem Yılmaz şübhəlinin yüzdəyüz günahkar olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ vətəndaşı verdiyi vədləri yerinə yetirməyib, telefon zənglərinə cavab vermir və bircə günlük olsa belə, həbsdə yatmayıb.  

Kənan