An-26 təyyarəsinin qalıqlarının tapıldığı yerdən video yayılıb

Xabarovskda An-26 təyyarəsinin qalıqlarının tapıldığı yerdən video-material yayılıb. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. 
 Bildirilir ki, təyyarə bir neçə gün əvvəl Xektsir qoruğunun ərazisində radarlardan itmişdi. Göyərtədə altı ekipaj üzvü olub.

 Qəzaya pis hava şəraitinin səbəb olduğu bildirilir. Hazırda axtarış -xilasetmə əməliyyatı davam edir. Pilotların taleyi ilə bağlı rəsmi məlumat yoxdur.


Kənan Novruzov