Heyif səndən Pınar!

Peyvənd vurdurmadı, koronavirusa yaxalandı

Uşağı doğduqdan 18 gün sonra ölüb

28 yaşlı gənc qadın hamiləliyinə zərər verər deyə koronavirusa qarşı peyvənd vurdurmaqdan imtina edib. Hamiləliyin 37-ci həftəsində isə koronavirusa yoluxub. DHA xəbər agentliyinin məlumatında bildirilir ki, 28 yaşlı Pınar Pendicak 2018-ci ildə ailə həyatı qurub. 

Bu, Pınarın ilk hamiləliyi olub. Koronavirusa yoluxmuş qadın nəzarət altında olsun deyə, Ədirnə Birinci Murat Xəstəxanasına aparılıb. Lakin qadının vəziyyəti hər keçən gün ağırlaşmağa doğru getdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yenə də vəziyyətində müsbət dəyişiklik olmayıb. Konsilium aparan həkimlər körpənin əməliyyatla götürülməsinə qərar veriblər.  P.Pendicak qeysəriyyə kəsiyi ilə əməliyyat olunub və körpə küvəzə yerləşdirilib. Körpəyə Ayaz adı verilib. Əməliyyatdan 18 gün sonra isə gənc qadın vəfat edib. Pınarın körpəsini dünyaya gətirdikdən sonra koronavirus səbəbindən vəfat etməsi ailəsinə böyük üzüntü yaşatdı. 
Məlahət