Mingəçevirdə təcili yardım maşını qəzaya uğrayıb

Mingəçevirdə yeni köçkün şəhərciyinin yaxınlığında təcili yardım maşını qəzaya uğrayıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, çağırışa gedən “FİAT Doblo” markalı avtomobil 8 saylı şəhərarası marşrut üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.