Ağstafada piyadanı maşın vurub

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyev İbrahim Zabit oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.