Bakıda qadın meyiti aşkarlanıb

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Volkova Raya Vasilyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.