Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Yuxarı Qarabağ kanalının Bərdə rayonu Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, o, sentyabrın 24-də batmışdı