1,5 litr kola içən kişi öldü

Çinli mütəxəssislər 22 yaşlı oğlanın həddindən artıq kola içdiyi üçün mədəsində qazın sürətli yığılması səbəbindən öldüyünü iddia ediblər. Lakin ingilis alimləri bununla razılaşmır.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, ölən gəncin mədəsində çoxlu yaralar aşkarlanıb.
Sərinləmək istəyən oğlan təxminən 10 dəqiqə ərzində 1,5 litr kola içib. 6 saat keçdikdən sonra qarnında şiddətli ağrı hiss edib və bədəni şişməyə başlayıb. Pekindəki “Chaoyan” xəstəxanasına aparılan gəncin nəbzi çox sürətli, qan təzyiqi isə çox aşağı olub. Oğlanın bağırsaqlarında və damarında həddindən artıq qaz yığılması olduğu deylib.
Həkim gəncə dərhal dərman versə də, oğlan 18 saat sonra dünyasını dəyişib.İngilis mütəxəssisləri isə qazlı içkinin belə bir ölümə səbəb olma ehtimalının az olduğunu düşünürlər.

Yeganə Bayramova