Qandonduran olay: Ana 8 yaşlı oğlunu diri-diri yandırdı


 

Rusiyada baş verən hadisə hər kəsi heyrətləndirib. Ölkənin Kursk vilayətində yaşayan 32 yaşlı qadın dəhşətli hadisə törədib.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, 12 yaşlı qızı Natalya və 8 yaşlı oğlu Andrey ilə birlikdə yaşayan Anastasiya Baulina adlı qadın kassir işləyirmiş.

Anastasiyanın oğlu anasının ögey atası Pavelə xəyanət etdiyini öyrənib. Evdə ikən ögey atasına "Anam səni aldadır" deyən uşaq qorxunc bir sonla üzləşib. Kiçik oğlanın sözlərindən sonra əri ilə mübahisə edən qadın, oğlunu cəzalandırmaq üçün dəhşətli bir üsula əl atıb. Oğlunu boş bir yerə aparan qadın onun başına benzin tökərək yandırıb. Hadisədən sonra 8 yaşlı uşaq diri-diri yanaraq ölüb.
Qadına qəsdən adam öldürmə ittihamı ilə 15 il həbs cəzası verilib. Gülümsəyərək kameralar qarşısına keçən qatil ana niyyətinin oğlunu öldürmək deyil, yalnız tərbiyə etmək olduğunu deyərək özünü müdafiə edib.