Belə cinayət planı heç görünmədi


Arvadını öldürmək üçün kobra ilan kirayələyib

Hindistanın cənubundakı Kerala əyalətində bir kişi cehizə görə mübahisə etdiyi arvadını öldürmək üçün  iki ilanı "kirayəyə götürüb".
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki,  25 yaşlı kişi  2020-ci ilin mart ayında evə həmin ilanları buraxıb. Nəticədə Adoor qəsəbəsində yaşayan  Uthra dünyasını dəyişib. İlk xəbərlərdə ölüm səbəbinin ilan sancması olduğu müəyyən edilib. Lakin sonradan Utranın ölümündən şübhəli bilinən həyat oldaşı Suraj həbs olunub. "Independent Turkish" telekanalı xəbər verir ki, həbs edildikdən sonra müttəhim iyul ayında günahını etiraf edib. O, Utranıyuxu dərmanları ilə sakitləşdirdiyini və ona hücum etmək üçün evə dəfələrlə kobra buraxdığını bildirib. Təqsirləndirilən şəxs cinayəti çox diqqətlə planlaşdırdığını və arvadını öldürmək üçün evə həm gürzəni, həm də kobranı buraxdığını deyib. Şübhəli məhkəmə zamanı heç bir günah hiss etmədiyini bildirib.