Xəstə müalicə olunduğu müəssisədə öldü  - İstintaq tədbirləri...

"02 oktyabr 2021-ci il tarixdə Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında  qaz sızması ilə əlaqədar partlayış baş verib.
Bu barədə "Sherg.az"a Şamaxı rayon prokurorluğundan məlumat daxil olub. Xəbərdə qeyd olunur ki, olay nəticəsində M.Babayev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Bu faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə  cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.