Beyləqanda fermada yanğın olub

Beyləqan rayonunun İkinci Şahsevən kəndində fermanın ərazisində ümumi sahəsi 68 m² olan qamışdan ibarət tövlə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.