Saatlıda yük avtomobili piyadanı vurub

Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Saatlı rayonunda qeydə alınıb.

"Shacman" markalı yük avtomobili yolu keçən Beyləqan rayonunun Gödəklər kənd sakini, 1975-ci il təvəllüdlü Nəcəfov Laçın Nəcəf oğlunu vuraraq ağır xəsarətlər yetirib.

Yaralı çoxsaylı sınıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.