Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən şəxslər saxlanılıb

Türkiyənin Ədirnə şəhərində Yunanıstana qanunsuz yollarla keçməyə çalışan 7 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviter hesabında yazıb.

Bildirilib ki, araşdırmalar nəticəsində onlardan üçünün FETÖ terror təşkilatının üzvü olduğu müəyyənləşib.