Meymun gəmidəkiləri bir-birinə qatdı

Gəmiyə necə, nə vaxt mindiyini görən olmayıb
Kral Donanmasına mənsub gəminin göyərtəsində görünən meymun gəmi heyətini çaş-baş salıb. Qucağında balasını daşıyan meymunun gəminin göyərtəsinə necə, nə vaxt mindiyini görən olmayıb. “Şərq” xarici mediaya istinadən xəbər verir ki, ana meymun balasıyla  Barbados, Bridgetowndakı “RFA Wave Knight” yük gəmisinə minib. Gəmi Atlantik okeanında Grand Turk Adası sahilinə yan alırmış. Qaydalara əsasən göyərtədə hər hansı heyvan olarkən limana yan almaq qadağan olduğundan gəmi heyəti meymunu tutmağa çalışsalar da, bacarmayıblar. Gəmi heyəti göyərtədə meymunun ardınca o tərəf-bu tərəf qaçıb. Sonunda meymun dənizə tullanıb. Bu, primat cinsindən meymundur. Onlar sahilə doğru üzərkən müşahidə edilib. Meymun dənizə atlandığı və boğulmaq təhlükəsi ilə üzləşdiyi üçün Kral Donanmasına gələn təpkilərə  isə sonuncular “vəhşi təbiətə qarşı məsuliyyətimizi qəbul edirik və heyvanlara yardım etməyə çalışırıq” şəklində cavablandırıb.