Azərbaycanda kişi arvadını və qonşusunu güllələdi: Ölən var


Yevlax rayonunda kişi arvadını qətlə yetirib.

Oxu.Az-ın məlumatına görə, 1974-cü il təvəllüdlü Mehdi Qarayev həyat yoldaşı, Elnarə Qarayevaya odlu silahdan atəş açaraq, onu qətlə yetirib.

Mehdi Qarayev həmin silahla qonşusu – İldırım Qarayevə atəş açaraq, onu yaralayıb.

M.Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.