Zaqatalada yol qəzası baş verib, sürücü xəsarət alıb - FOTO


Zaqatalada baş verən yol qəzasında sürücü xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta 12 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

2001-ci il təvəllüdlü Bakı şəhəri Binəqədi rayon sakini Samir Fəxrəddin oğlu Əliyev idarə etdiyi “BMW” markalı 90 FF 488 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sağ hissəsindəki maneəyə vurub. Qəza zamanı xəsarət alan sürücü Samir Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Samir Əliyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.