Qəbələdə Vəndam bazarında yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
***

20.21

Qəbələnin Vəndam kəndində bazarda başlayan yanğının qarşısı alınıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə alovun qarşısı alınıb.
Yanğın söndürülüb.

***
20.10

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən bazarda aptek və gözəllik salonu da daxil olmaqla bir neçə obyektdə yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə hazırda ticarət mərkəzindəki bir neçə mağazada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın davam edir. Faktla bağlı araşdırma aparılır.

***

20.03

Qəbələdə bazarda yanğın başlayıb.
APA xəbər verir ki, hadisə rayonun Vəndam kəndində yerləşən bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.