İtaliyanın Azərbaycandakı səfirliyinin attaşesi vəfat edib

İtaliyanın Azərbaycandakı səfirliyinin attaşesi P.Sokkoris vəfat edib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə fevralın 13-də Bakı şəhəri ərazisində qeydə alınıb.
Belə ki, infarkt keçirmiş səfirlik əməkdaşı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, 56 yaşlı P.Sokkoris İtaliya vətəndaşıdır.