Bakıda 22 yaşlı oğlan özünü doqquzuncu mərtəbədən atdı


Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Cavadxan küçəsi 31C ünvanında qeydə alınıb.

İlkin məlumata görə, 2000-ci il təvəllüdlü E.Məmmədli özünü binanın 9-cu mərtəbəsinin eyvanından atıb.

Şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.