Azərbaycanda məktəbli qız intihara cəhd etdi


Gəncədə intihara cəhd olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, şəhər sakini, 2006-cı il təvəllüdlü R.Məmmədova özünü yaşadığı doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin pəncərəsindən atıb.

Ağır xəsarətlər alan məktəbli qız Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.